Tacikistanda daha bir zəlzələ baş verib.
Ednews “MİR”ə istinadən xəbər verir ki, yeraltı təkanlar Sarez gölü rayonu ərazisində baş verib.
Zəlzələnin maqnitudası 5 olub.
***
11:20
Tacikistanda Çinlə sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Çin Seysmoloji Mərkəzi yayıb.
Zəlzələ Pekin vaxtı ilə saat 8:37-də (4:37) Çinin Sincan-Uyğur Muxtar Rayonu ilə sərhədindən təxminən 82 km aralıda, 10 km dərinlikdə qeydə alınıb.
Çin mediası zəlzələnin Sincanda bir sıra yaşayış məntəqələrində güclü hiss edildiyini yazıb. Zəlzələnin episentrindən 300 km məsafədə 10 iri və orta şəhər var, ən yaxını isə episentrdən təxminən 160 km aralıda yerləşən Xoroqdur.
Mümkün tələfat barədə məlumat verilmir.
Bundan əvvəl Özbəkistanın Seysmik Proqnozlaşdırma Monitorinq Mərkəzi Tacikistanda 5,8 bal gücündə üç yeraltı təkan olduğunu bildirmişdi.