Ednews xəbər verir ki, bu haqda "Page Six" pop-divaya yaxın mənbəyə istinadən məlumat yayıb. İnsayderin sözlərinə görə, müğənninin Darnell ilə münasibəti ciddi olmayıb.
Buna səbəb isə Madonnanın son günlər özünə olan güvəninin sarsılması olub. O, görünüşündən narazıdır. Buna səbəb isə ifaçının "Qremmi" mükafatlandırma gecəsindən sonra görünüşünə görə tənqid edilməsidir.
“Onun özünə inam böhranı var, bu, hər şeyi çətinləşdirir. Endryu ilə çox əyləndi, amma bu sevgi deyildi. Bu, sadəcə, müvəqqəti əyləncə idi" deyə, mənbə bildirib.