Ednews xəbər verir ki, "Radaronline" saytının yaydığı məlumata görə, ifaçı nişanlısı, reper Eysap Roki ilə nikah masasına əyləşməyi planlaşdırır. İddialar arasında toyun qısa zamanda Los-Ancelesdə gizli şəkildə keçirilməsi və gələn il bu münasibətlə böyük ziyafətin verilməsi yer alır. Həmçinin, mərasimin Barbadosda təşkil edilə biləcəyi də müzakirə olunur.
Qeyd edək ki, cütlüyün ötən ilin mayında oğlu dünyaya gəlib.