Litvada Ukraynaya yardım məqsədilə vəsait toplamaq üçün elan edilən dörd həftəlik marafon başa çatıb.
Ednews xəbər verir ki, marafonun yekununda 14 milyon avro vəsait toplanıb.
Məbləğ Ukraynanın hava hücumundan müdafiəsi üçün radarların alınmasına xərclənəcək.
Qeyd edək ki, xeyriyyə marafonu Litvanın LRT yayım şirkəti tərəfindən təşkil olunub.