“Malatyadakı zəlzələdən sonra dağıntılar altından 32 nəfər xilas edilib, 110 nəfər yaralanıb”.
Ednews xəbər verir ki, bu barədə AFAD sədri Yunus Sezer məlumat verib.
“Malatyanın Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündəki zəlzələdən sonra dağıntılar altından 32 nəfər xilas edilib. Hazırda 2 binada axtarış-xilasetmə işləri davam etdirilir”, – deyə o, vurğulayıb.
Zəlzələ nəticəsində 110 nəfərin yaralandığı, 29 binanın dağıldığı bildirilir.