Türkiyənin Azərbyacandakı səfiri Cahit Bağçı Nuru Paşanın anım günü ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, diplomat bu barədə tviterdə yazıb.
“Vəfatının 74-cü ildönümündə Qafqaz İslam Ordusunun komandiri və Bakı fatehi Nuru Paşanı rəhmət və ehtiramla anırıq. Ruhu şad, məkanı cənnət olsun”,- səfir bildirib.