“Mən dəfələrlə demişəm ki, rəsmi Bakının təklif etdiyi inteqrasiya bizim üçün məqbul ola bilməz, çünki bu, o deməkdir ki, Qarabağda (qondarma “Arsax” nəzərdə tutulur) heç bir erməni yaşaya bilməz”.
Ednews xəbər verir ki, bu fikirləri rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan özünün Facebook səhifəsində (səhifə Rusiya Federasiyasında qadağan edilib) yazıb.
Xatırladaq ki, erməni separatçıları bu gün Qarabağda növbəti dəfə təxribat törədiblər.
Bu baxımdan onların heç biri Azərbaycanın qədim torpağında yaşaya bilməzlər, Ermənistana getməkləri üçün Laçın yolu hələ də açıqdır.