Qarabağdakı qondarma rejimin yeni “dövlət naziri” Qurgen Nersisyan sələfi Ruben Vardanyanın təyin etdiyi kadrlardan qurtulmağa başlayıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Past qəzeti yayıb.
Mənbə yazır ki, başlanğıc üçün üç “nazirin” dəyişdirilməsi planlaşdırılır: sosial inkişaf və miqrasiya naziri Armen Manqasaryan, səhiyyə naziri Samvel Avetisyan, kənd təsərrüfatı naziri Qrant Safaryan.
Bu “məmurları” kimin əvəz edəcəyi barədə qəzet məlumat vermir.