Ermənistanda ötən gün meşədə asılmış vəziyyətdə tapılan əsgərin Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın qohumu olduğu məlum olub.
Ednews "Hraparak" a istinadən xəbər verir ki, müddətli hərbi xidmət keçən Andranik Ohanyanın Seyran Ohanyanın əmisi nəvəsi olduğu üzə çıxıb.
Xatırladaq ki, hadisə Tavuş vilayətində hərbi hissədə baş verib.