Yanğınsöndürmə briqadasının ilkin hesabatında deyilir ki, Təbrizdə yaşayış evindəki partlayış qaz sızması səbəbindən baş verib.
Ednews xəbər verir ki, bu fikirləri Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar səsləndirib.
Qeyd edək ki, martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub. Nəticədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
Partlayış 100 evə təsir edib. 3 yaşayış evinin tamamilə dağıldığı deyilir.