Simonyanın hədiyyəsi Rusiya ilə növbəti qalmaqala səbəb oldu - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Simonyanın hədiyyəsi Rusiya ilə növbəti qalmaqala səbəb oldu

Dünya A- A A+
Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə hansısa bahalı hədiyyə göndərmək qərarına gəlib.
 
Ednews  xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
 
Mənbə yazır ki, Volodin hədiyyəni qəbul etməyib. Heç bir izahat vermədən geri qaytarıb. 
 
İndi erməni jurnalistləri anlamağa çalışırlar ki, Simonyanı Volodinə bahalı hədiyyə göndərməyə nə vadar edib?
 
Birincisi, Alen Simonyan artıq qərbpərəstliyi ilə tanınır. İkincisi, onun Volodinlə isti münasibəti yoxdur. Üçüncüsü, Alenin rus spikerindən nə tələb edə bilərdi ki?
 
Rəsmi Moskva hələlik bu məlumatı şərh etməyib, lakin ermənilər təfərrüatları (hədiyyənin dəyəri də daxil olmaqla) dərc etməyə söz veriblər.
 
İndi sirr deyil ki, Simonyanın hədiyyəsi Rusiya ilə növbəti qalmaqala səbəb olub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...