“Amazon”da daha 9 min nəfər İŞDƏN ÇIXARILACAQ - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

“Amazon”da daha 9 min nəfər İŞDƏN ÇIXARILACAQ

Dünya A- A A+
“Amazon” şirkəti daha 9 min işçisini işdən çıxaracağını açıqlayıb.
 
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda “Amazon”nun Baş İcraçı Direktoru (CEO) Endi Cassi şirkət işçiləri ilə paylaşdığı mesajda məlumat verib.
 
Cassi “AWS”, “PXT”, “Twitch” və reklamdan olan təxminən 9000 işçini işdən çıxarmağı planlaşdırdıqlarını bildirib.
 
İqtisadiyyatda mövcud və gələcək qeyri-müəyyənliklərə işarə edən Cassi deyib: 
 
“Bu çətin bir qərar idi, lakin biz bunun uzun müddətdə şirkət üçün ən yaxşısı olduğunu düşünürük”.
 
Qeyd edək ki, şirkət yanvar ayında 18 min işçisini işdən çıxarıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...