Polşa Ukraynaya 2 milyard avroluq silah tədarükünə dair sənədləri Aİ-yə təqdim edib - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Polşa Ukraynaya 2 milyard avroluq silah tədarükünə dair sənədləri Aİ-yə təqdim edib

Dünya A- A A+

Polşa Ukraynaya tədarük etdiyi 2 milyard avro dəyərində silaha dair faktiranı Avropa İttifaqına təhvil verib.

Ednews-un xəbərinə görə, bunu Polşanın baş naziri Mateuş Moravetsi şənbə günü RMF radiosuna verdiyi müsahibədə bildirib.

"Biz 2 milyardlıq hesabları təhvil verdik. Bu, Polşa üçün çox yaxşı xəbərdir. Polşa büdcəsi üçün çox yaxşı xəbərdir. Bu pulla biz ən müasir silahları ala biləcəyik", - Moravetski əlavə edib.

Polşa Ukrayna Silahlı Qüvvələrinə MiQ-29 təyyarələri, T-72 tankları və 14 Leopard 2 tankı, artilleriya mərmiləri və digər döyüş sursatları, daşınabilən hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları verib. Ölkə hakimiyyəti 2022-ci ildə Ukraynaya hərbi yardımın həcmini 2,2 milyard avro qiymətləndirib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...