Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatara hücum cəhdi olub.
Ednews xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Məlumata əsasən, hücum cəhdi Böyük Britaniyanın paytaxtı Londonda olub.
Bildirilir ki, bir qrup yunan tələbə konfransa gedən Ersin Tatarın avtomobilinin yolunu bağlamağa cəhd edib. Britaniya polisi təxribat xarakterli şüarlar səsləndirən yunan tələbələrin bu cəhdinin qarşısını alıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu mövzuya münasibət bildirib. O, tvitter hesabında "Biz hər zaman Şimali Kipir Türk Respublikasının (ŞKTR) yanındayıq" sözlərini yazıb.
"Türk Dövlətləri Təşkilatı başda olmaqla ŞKTR-in müşahidəçi üzvlüyünün getdikcə artan nüfuzunu həzm edə bilməyən kiprli rumlar aqressiv olublar. Şimali Kipir Türk Respublikasının prezidenti Londonda hücuma məruz qaldı. Ersin Tatar, sizinləyik", - deyə paylaşımda qeyd olunub.