İranda azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadəyə 16 il həbs və 74 şallaq cəzası verilib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı onun atası Cəfər Nurməhəmmədzadə yayıb.
Onun sözlərinə görə, 5 dəqiqə ərzində keçirilən məhkəmədən artığını gözləmək olmaz:
"Bir gənci necə 16 il həbsdə saxlamaq olar? Bu hökm son dərəcə ədalətsizdir. Bu rejim qeyri-insanidir və gənclərin həyatını məhv edir".
Xatırladaq ki, güneyli idmançı bundan öncə edama məhkum edilmişdi. Amma barəsində edam hökmü İran Ali Məhkəməsi tərəfindən ləğv edilmişdi.