Tbilisidə bu dəfə BOMBA HƏYƏCANI yaşandı - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Tbilisidə bu dəfə BOMBA HƏYƏCANI yaşandı

Dünya A- A A+

Martın 31-də Tbilisidə bomba həyəcanlı yaşanıb. 

Ednews xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. 

Bildirilib ki, hadisə paytaxtın mərkəzində yerləşən “Fabrika Tbilisi-Art Qalereya”da yaşanıb.

Belə ki, Gürcüstan Daxili İşlər Nazirliyinin “112” qaynar xəttinə zəng vuran naməlum şəxs art-qalereyada partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Mərkəzdə çalışan işçi personal, eləcə də qonaqlar və ziyarətçilər dərhal təxliyə olunublar. 
Hazırda polis və istehkamçılar (minaaxtaranlar) hadisə yerindədirlər. Binanın yerləşdiyi ərazi əhatəyə alınıb və ora heç kim buraxılmır. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...