Monteneqroda prezident seçkilərinin ikinci turu başlayıb - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Monteneqroda prezident seçkilərinin ikinci turu başlayıb

Dünya A- A A+
Monteneqroda prezident seçkilərinin ikinci turu başlayıb.
 
Ednews  xəbər verir ki, seçki məntəqələri Bakı vaxtı ilə saat 09:00-da açılıb.
 
Dövlət Seçki Komissiyasının (DSK) məlumatına görə, ölkədə 542 154 seçici səsvermə hüququna malikdir.
 
Prezidentlik uğrunda mübarizədə hazırkı dövlət başçısı Milo Cukanoviç və “Avropa indi” hərəkatının nümayəndəsi, keçmiş iqtisadi inkişaf naziri Yakov Milatoviç iştirak edir. Martın 19-da keçirilən seçkilərin birinci turunun nəticələrinə görə, Cukanoviç 35,37 faiz, Milatoviç 28,92 faiz səs toplayıb. İlk turda hazırkı prezidentdən geri qalmasına baxmayaraq, ikinci turun favoriti məhz Yakov Milatoviçdir.
 
13 saat davam edəcək səsvermə prosesini 1 000 nəfərdən çox müşahidəçi izləyəcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...