Paris Avropada bir sıra ölümcül qəzalardan sonra elektrik skuterlərinin kirayəsini qadağan edən dünyada ilk şəhər oldu.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, bazar günü Fransanın paytaxtında keçirilən referendumda elektron skuterlərin qadağan edilməsini istəyənlərin nisbəti yüzdə 90 olub.
Paris elektrikli nəqliyyat vasitələrini qəbul edən ilk şəhərlərdən biri idi, lakin bunun xeyirdən çox zərər verdiyi iddia edildi. Bəzi insanların nəqliyyatda, səkilərdə piyadalar arasında 27 km/saat sürətlə elektron skuterlərdən istifadə etməsi narahatlıq doğururdu. Sürücülər çox vaxt dəbilqə taxmırdılar və 12 yaşlı uşaqlar da qanuni olaraq elektron skuterləri icarəyə götürə bilərdilər.
Sevinc Kamalova