İsveçdə terrorçuluqda şübhəli bilinən 5 müsəlman həbs edilib.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, saxlanılan müsəlmanların teror aktı törətməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, Yanvar ayında Türkiyənin Stokholm səfirliyi qarşısında Quran yandırılıb.
İsveçdə təhlükəsizlik qüvvələri terrorizmdə şübhəli bilinən beş nəfəri həbs edib.
Säpo xəbər xidmətinin məlumatına görə, planlar yanvar ayında Quranın yandırılmasından sonra keçirilən etirazlarla bağlıdır .
Beş nəfər Eskilstuna, Linköping və Strängnäs şəhərlərində koordinasiyalı əməliyyatlar zamanı həbs edilib.
Türkiyə İsveçin NATO-ya daxil olmasını əngəlləyir
Yanvarda İsveçdə Quranın islamofobik şəkildə yandırılması NATO üzvü Türkiyə ilə problem yaratmışdı. Buna cavab olaraq prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya müraciətində onun dəstəyinə arxalana bilməyəcəyi ilə hədələmişdi .Ankara uzun müddətdir ki, İsveçin müdafiə alyansına daxil olmağı planlaşdırmır.
Xəyal Gülməmmədov