“İyulda Vilnüsdə keçiriləcək NATO sammitində Ukrayna alyansa üzv olmaq üçün rəsmi şəkildə dəvət edilməlidir”.
Ednews TASS-a istinadən xəbər verir ki, belə bir qətnaməni Litva Seymi (parlamenti) qəbul edib.
“Sammitdə Ukraynanı NATO-ya üzv olmağa dəvət etmək, üzvlük protokollarını imzalamaq və müvafiq şərait yarandıqdan sonra onların ratifikasiya prosesinə başlamaq lazımdır”, - deyə Seym müraciət ünvanlayıb.