Çin ordusu Tayvan dəniz ərazilərində üç günlük hərbi təlimlər keçirəcək.
Ednews xəbər verir ki, bu məlumatı Çin Xalq Respublikası Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Şərq Bölgəsinin rəsmi nümayəndəsi Şi Yi bildirib.
O, təlimlərin aprelin 8-dən 10-dək keçiriləcəyini bildirib.
Şi Yi onu da əlavə edib ki, ölkə ordusu artıq təlimlər keçirməyə başlayıb.
Onun sözlərinə görə, bu, Tayvan separatçılarına və onların digər ölkələrdəki müttəfiqlərinə xəbərdarlıqdır.
Siyasətçinin bəyanatında bildirilir ki, Çin ordusu ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görəcək.