Fevralın 6-da baş verən zəlzələlərin Kahramanmaraşda böyük dağıntılara səbəb olduğundan sonra Malatyada daha 21 min 622 konteyner qurulacaq.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Fövqəladə Hallar qurumu (AFAD) yayıb.
Malatyanın mərkəzində 36 nöqtədə 18 min 896, rayonlarda isə 21 nöqtədə 2 min 726 olmaqla cəmi 21 min 622 konteynerin quraşdırılması planlaşdırılır.