Qazaxıstanda qaz partlayışı nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.
Ednews xəbər verir ki, Qazaxıstanın Janaozen şəhərində qaz partlayışı nəticəsində ölənlərin sayı dördə çatıb. Bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, bir qadının meyiti dağıntılar altından çıxarılıb. Xilasedicilər dörd nəfəri, biri uşaq olmaqla sağ çıxarıblar. Altı nəfər yaralanıb.
Fövqəladə hadisə yerində 40-a yaxın texnika, 350-yə yaxın xilasedici, kinoloq, Milli Qvardiya hərbçiləri, həkimlər, polislər və könüllülər fəaliyyət göstərir.
Qeyd edək ki, bu gün səhər saatlarında Janaozenin 12-ci mikrorayonunda 2 mənzilli ikimərtəbəli yaşayış binasında qaz partlayışı baş verib. Güclü partlayış nəticəsində 150 kvadratmetr sahəyə giriş çöküb.
Baş verən hadisə ilə bağlı araşdırma başladılıb.
Leyla