İran şahının oğlu Rza Pəhləvi Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu və həyat yoldaşı Sara ilə görüşüb.
Ednews xəbər verir ki, bu barədə “i24NEWS” məlumat yayıb.
Xatırladaq ki, Pəhləvi ötən gün Təl-Əvivin Ben Qurion hava limanına enib və burada onu Yad Vaşemdəki mərasimdə müşayiət edən İsrailin kəşfiyyat naziri Gila Qamaliel qarşılayıb.
Onu da qeyd edək ki, 43 il sürgündə olan Pəhləvi ABŞ-da yaşayır. O, İran rejiminin qatı əleyhdarıdır.