Ermənistanın sabiq baş naziri Ovik Abramyana qarşı külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı ittiham irəli sürülüb.
Ednews Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Abrahamyan məsul şəxslər vasitəsilə qum hasilatı ilə məşğul olan “Avazaatik” şirkətinin idarə olunmasında iştirak edib və cinayət yolu ilə əldə edilmiş əmlakı qanuniləşdirib.