Böyük Britaniya, Çin, ABŞ və Fransa öz hərbi təyyarələri ilə diplomatlarını və vətəndaşlarını Sudanın paytaxtı Xartumdan təxliyə edəcəklər.
Ednews xəbər verir ki, bu barədə Sudan ordusunun məumatında qeyd edilib.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.