Ermənistanda baş nazirə qarşı etiraz edənlərin sayı günü-gündən artır. Ötən həftə bir qadın Nikol Paşinyana çətir atmışdı. Nəticədə ona qarşı cinayət işi açıldı. Ötən gecə isə bir gənc baş naziri satqın adlandırdığına görə həbs edilib.
Ednews xəbər verir ki, bu informasiyanı erməni hüquq müdafiəçisi Ruben Melikyan yayıb.
Gəncin naməlum istiqamətə aparıldığı bildirilir.
Əldə edilən son məlumata görə, həmin gənc artıq azadlığa buraxılıb, ancaq işindən qovulub.