İran hökuməti azyaşlı uşaqları hərbi təlimlərə və ideoloji kurslara cəlb etməklə onlardan özünün siyasi məqsədləri istiqamətində istifadə edir.
Ednews xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Bildirilib ki, aprelin 25-də SEPAH-a bağlı yarım hərbi “Bəsic” qüvvələrinin Qəzvin əyalətindəki məsul şəxsi İbrahim Rəsulifər əyalətdə 8 min azyaşlı oğlan və qıza hərbi təlimlər keçməyi, atıcılıq dərsləri verməyi planlaşdırdıqlarını deyib.
Təlimlərin may ayında keçirilməsi nəzərdə tutulur.
Habelə, azyaşlıların şəhidlik üçün hazırlanması məqsədi ilə ideoloji dərslər keçirilməsi də gözlənilir.
Qeyd edək ki, bu, İranın 1994-cü ildən qoşulduğu Uşaq Hüquqları Konvensiyasının pozulması deməkdir.