Yaponiya arxipelaqının Ryuku adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Ednews-un xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 125 min nəfər əhalisi olan Okinavadan 62 km şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Sevinc Kamalova