Malatya şəhərində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) yayıb.
Mənbə yazır ki, zəlzələ saat 01:35-də Malatya şəhərinin Pyturge rayonunda qeydə alınıb.
Zəlzələ 5 km dərinlikdə baş verib.