“Sabah” klubunun Bakıda “Beşiktaş”la xeyriyyə matçı keçirəcəyi ilə bağlı xəbər vermişdik.
Ednews xəbər verir ki, Türkiyə klubu paytaxtımıza mayın 13-də gələcək.
Artıq oyunun başlama saatı da məlum olub. Tofiq Bəhramov adına respublika stadionunda təşkil olunacaq görüş saat 19-00-da start götürəcək.
Qeyd edək ki, qarşılaşmadan əldə olunan gəlir Türkiyədə zəlzələnin əziyyət çəkmiş insanlar üçün yardım fonduna köçürüləcək.