Hindistan hazırda dünyanın ən hündür dəmir yolu körpüsünün inşası üzərində çalışır.
Ednews CNN-ə istinadən xəbər verir ki, Hindistanın mübahisəli Cammu və Kəşmir əyalətində Çenab çayı üzərində 359 metr yüksəklikdə inşa edilən bu körpü Eyfel qülləsindən 29 metr hündür olacaq.
1315 metr uzunluğundakı “Çenab” körpüsünün cari ilin dekabr ayının sonu və ya 2024-cü ilin yanvarına kimi ziyarətçilərin ixtiyarına veriləcəyi plaşlaşdırılır.
BU dəmir yolu şəbəkəsi Kəşmir vadisinə gediş-gəlişi əlçatan etməkçün start götürən geniş layihənin bir hissəsidir.
Mütəxəssislərin fikrincə, Kəşmirin ökənin digər bölgələrilə dəmir yolları vasitəsilə əlaqələndirilməsi burada sənaye və kənd təsərrüfatı sektorlarını da inkişaf etdirəcək.
Törə Zeynallı