Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub.
Ednews xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.
“5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Daimi Nümayəndəsi cənab Yaşar T. Əliyev və Papua Yeni Qvineyanın Müstəqil Dövlətinin Daimi Nümayəndəsi Maks Hufanen Ray iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalayıblar”, - deyə məlumatda bildirilib.