İrəvanın saxta məhkəməsi əsgərimizi 11 il azadlıqdan MƏHRUM ETDİ - ednews.net

31 May, Çərşənbə

(+994 50) 229-39-11

İrəvanın saxta məhkəməsi əsgərimizi 11 il azadlıqdan MƏHRUM ETDİ

Dünya A- A A+
Ermənistanda əsir düşən əsgərimiz Aqşin Bəbirovun (iki azərbaycanlıdan biri) cinayət işi üzrə saxta məhkəmə hökmü çıxarılıb. 
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı prokurorluq İctimai televiziyaya bildirib.
 
Mənbə qeyd edib ki, Zəngəzur (Sünik) rayon ümumi yurisdiksiya məhkəməsi Bəbirovu 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
 
Azərbaycan hərbçisi dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatını dövlət sərhədindən qanunsuz keçirməkdə təqsirli bilinib.
 
İkinci hərbi qulluqçu Hüseyn Axundovun cinayət işi üzrə istintaq davam edir. Axundov həm də Zəngəzur Mis-Molibden Zavodunda mühafizəçini öldürməkdə ittiham olunur.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...