Fransa parlamenti Aİ-ni Rusiyanın muzdlu qruplaşması Vaqneri rəsmi olaraq terrorçu elan etməyə çağırıb. Böyük Britaniya da eyni addımı atmağa hazırlaşır.
Ednews Əl – Cəzirə nəşrinə istinadən bildirir ki, Fransa parlamenti yekdilliklə Aİ-nin 27 üzvünü Vaqneri terror təşkilatlarının rəsmi siyahısına salmağa təşviq etmək məqsədi daşıyan qeyri-məcburi qətnamə qəbul edib.
Deputat Benjamin Haddad qeyd edib ki, Vaqner üzvləri işlədikləri yerdə qeyri-sabitlik və zorakılıq yayırlar.
“Onlar öldürürlər, işgəncə verirlər, qırğın və qarət edirlər. Demək olar ki, tamamilə insafsızcasına qorxudurlar və manipulyasiya edirlər”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, onlar “pul iştahı” ilə idarə olunan sadə muzdlular deyillər, lakin onlar “Malidən tutmuş Ukraynaya qədər prezident Putin rejiminin demokratiyaya qarşı aqressiv siyasətini dəstəkləmək kimi geniş strategiyaya əməl edirlər .
Əkbər Şəbəndəyev