"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqudan son aylarda cəbhə xəttində ən şiddətli döyüşlərin getdiyi Donbasa, Ukraynanın Baxmut şəhərinə gəlməyi xahiş edib.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, o, dəvəti vəziyyəti özlərinin qiymətləndirməsi üçün edib.
Onun sözlərinə görə, Rusiya nizami ordusunun bölmələri Baxmut yaxınlığındakı mövqelərini döyüşsüz təslim edir.