Türkiyədə keçirilən seçkilərdə 1 milyondan artıq səs etibarsız sayılıb.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında qeyd olunub.
Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə artıq başa çatıb. Səsvermə qutularının 99,01 faizi açılıb.
Açıqlanan rəsmi məlumatlarda R.T.Ərdoğan 49,36 faiz, K.Kılıçdaroğlu 44,99 faiz, S.Oğan isə 5,21 faiz səs toplayıb.