Mayın 15-də Vladimir Zelenski Londonda baş nazir Rişi Sunakla görüşəcək.
Ednews xəbər verir ki, bu barədə Ukraynanın başçısı tvitter hesabında məlumat verib.
Açıqlamasında V.Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə danışıqlar aparmaq üçün bazar ertəsi Londona gələcəyini bildirib.
“Bu gün - London. Yerdə və havada imkanlarımızı genişləndirmək məsələsində Böyük Britaniya liderdir. Bu əməkdaşlıq bu gün də davam edəcək. Mən dostum Rişi ilə görüşəcəyəm. Biz üzbəüz və nümayəndə heyətləri şəklində substantiv danışıqlar aparacağıq”.
Əkbər Şəbəndəyev