Çinin cənubundakı Quonqsi-Çjuanq Muxtar Bölgəsində avtomobilin qayalıqdan su anbarına düşməsi nəticəsində 11 nəfər həlak olub.
Ednews-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə cümə günü Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə Cinxi şəhəri ətrafında baş verib. Avtomobildə 14 nəfər olub. Telekanal xəbər verir ki, 3 nəfər sağ qalıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Nurlana