Türkiyə Ali Seçki Komissiyası (YSK) ölkədə prezident seçkilərinin I turunun yekun nəticəsini açıqlayıb.
Ednews Türkiyə KİV-ə istinadən xəbər verir ki, yekun nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 49,24 faiz, Kamal Kılıçdaroğlu 45,07 faiz, Sinan Oğan 5,28 faiz, Muharrəm İncə isə 0,41 faiz səs toplayıb.
Prezident seçkilərinin ilk turu mayın 14-də baş tutub. İkinci tur isə mayın 28-də keçiriləcək.