Rusiyalı aktyor və rejissor Rüstəm Urazayev vəfat edib.
Ednews rus mətbuatına istinadən xəbər verir ki, 66 yaşlı aktyor Moskvadakı xəstəxanaların birində dünyasını dəyişib. Onun ölümünə səbəb xərçəng xəstəliyi olub.
Qeyd edək ki, aktyor karyerası boyunca bir çox layihədə rol alıb. O, "ləqəbi Alban", "İz", "Qılınc", "Qadın hekayələri", "Beşinci mühafizə" kimi film və seriallardakı obrazlarıyla məşhurlaşıb.