Koreya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Koreya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Dünya A- A A+
Koreya Respublikasının Prezidenti Yun Sok Yol Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
Ednews xəbər verir ki, təbrikdə deyilir:
 
"Zati-aliləri!
 
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikası vətəndaşlarına səmimi təbriklərimi çatdırmaq istəyirəm.
 
Ötən illər ərzində ölkələrimiz güclü əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmuşdur. Ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirəcəyimizə və xalqlarımızın mövcud dostluğunu daha da möhkəmləndirəcəyimizə ümid edirəm.
 
Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...