Cibində 7 qumbara ilə gəzən şəxs SAXLANILDI

Moskva vilayətinin Volokolamsk şəhərində polis cibində 7 qumbara olan 44 yaşlı kişini saxlayıb.

Ednews lent.az-a istinadən bildirir ki, həmin şəxs Yadrovo kəndi yaxınlığında döyüş sursatı tapdığını bildirib.

Hazırda qumbaralar ekspertlər tərəfindən yoxlanılır. Saxlanılan şəxsin əvvəllər aliment pulunu ödəmədiyi üçün məhkum edildiyi bildirilir.