İtaliyanın tarixi və turistik şəhərlərindən olan Florensiya şəhərində turistlərə ev kirayələmək qadağan edilib.
Ednews italiya mediasına istinadən xəbər verir ki, Florensiya meri Dario Nardella verdiyi açıqlamada, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən xüsusi ərazi olaraq təyin olunan Florensiyanın tarixi şəhər mərkəzində qısamüddətli yaşayış evlərinin kirayə verilməsinin dayandırılacağını bildirib.
Nardella, bu qərarın məqsədinin tarixi şəhər mərkəzinin yaşayış yerlərini qorumaq olduğunu söylədi.
Bildirilir ki, qanun layihəsinin məqsədi turizmdə yerli yerləşdirmə imkanları təklif edən otellər kimi müəssisələr üçün qısamüddətli kirayələrin qeyri-mütənasib olmasının qarşısını almaq, şəhər mərkəzlərinin mənzil keyfiyyətini qorumaq və yerli əhalinin mənfi təsirlərə məruz qalmasının qarşısını almaqdır.