Səlahiyyətlərinin icrasına başlayan Ərdoğan Anıtqəbiri ziyarət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-də and içib səlahiyyətlərinin icrasına başladıqdan sonra ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni, ziyarət edib. 
 
Ednews xəbər verir ki, “Anıtqəbir”ə gələn Ərdoğan Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. 
 
Ölkə rəhbəri daha sonra xatirə dəftərini imzalayıb.