ABŞ Azərbaycan vətəndaşları üçün viza rüsumunu ARTIRDI

ABŞ-ın Azərbaycandakı səfirliyi viza üçün müraciət edənlərə səslənib. 
 
Ednews  xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter səhifəsində paylaşım edilib. 
 
"17 iyun 2023-cü il tarixində ziyarətçi viza daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 dollardan 185 dollara qədər artacaq. Tam təfərrüatlar üçün ABŞ Dövlət Konsulluq İşləri Departamentinin səhifəsinə daxil olun", - deyə qeyd olunub.