Əfqanıstanda mikroavtobus qəza törədib, onlarla insan həlak olub

Əfqanıstanın şimalında mikroavtobusun dərəyə çırpılması nəticəsində 12 qadın və 8 uşaq olmaqla 24 nəfər həlak olub.
 
Ednews xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
Məlumata görə, hadisə ölkənin şimalındakı Sarı-Pul əyalətində qeydə alınıb.
 
İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
 
Zərərçəkənlər barədə məlumat verilmir.