Makronun xüsusi elçisi Livandakı böhrana son qoyacaqmı?

Fransa prezidenti Emmanuel Makron Livandakı siyasi böhranın konsensual həlli üçün keçmiş xarici işlər naziri Jan İv Le Drianı Livana xüsusi elçi təyin edib.

Ednews Euronews-a istinadən xəbər verir ki, daha əvvəl də Le Driana Beyrut partlayışından sonra Livanda dərinləşən siyasi və iqtisadi böhranı həll etmək üçün xüsusi elçilik vəzifəsinin veriləcəyi deyilmişdi.

Bazar günü Livandakı xristianlar və müxalif qüvvələr Beynəlxalq Valyuta Fondunun rəsmisi Cihad Azurun ölkə prezidentliyinə namizədliyini irəli sürüblər. Bu da Hizbullah tərəfindən dəstəklənən Süleyman Franciyə meydan oxumaqdır. Livanın keçmiş maliyyə naziri Azurun namizədliyi artıq təsdiqlənib.

20222-ci ilin oktyabr ayında prezident Mişel Aunun səlahiyyət müddəti başa çatıb. İndiyə qədər ölkə prezidentsiz qalıb. Son hadisələr ölkədəki vəziyyəti kritik həddə çatdırıb.  

Livan parlamentinin sədri Nəbih Berri hökuməti yeni prezident seçkiləri ərəfəsində iclas keçirməyə çağırıb.

 

Törə Zeynal