İsrailin Kiyevdəki səfiri Mixail Brodski bildirib ki, İsrail Ukraynaya Kaxovka su elektrik stansiyasında (SES) bəndin nasazlığının nəticələrinin aradan qaldırılmasında kömək edəcək.
Bu barədə diplomat öz Telegram kanalında məlumat verib.
"İsrail Ukraynaya Xerson bölgəsindəki vəziyyətlə bağlı yardım göstərəcək", - o yazıb.
İyunun 6-da səhər saatlarında Xerson vilayətindəki Kaxovskaya su elektrik stansiyası atəşə tutulması nəticəsində qismən dağılıb. Anbarın dayağı çoxsaylı zərbələrə məruz qaldığına görə, əraziləri su basmağa başlayıb.
Kremlin sözçüsü Dmitri Peskov hadisəni Ukrayna tərəfinin qəsdən törətdiyi təxribat adlandırıb.
Nurlana Hacıyeva