Venesuela prezidenti Nikolas Maduronun opponentləri onun istefası tələb edən referendumun hazırlığının ikinci mərhələsinə keçə biləcəklər.
"Eurasia Diary" xəbər verir ki, ölkənin milli seçki şurası (NİS) 1%-dən çox seçicinin (329 min insan) plebisitin təşkilinə dəstək olaraq verdiyi imzanı tanıyıb.
Maduronun siyasi rəqibləri üçün növbəti mərhələdə artıq 20% venesuela seçicisinin (4 milyona yaxın insan - Red.)dəstəyi lazım olacaq.
Xatırladaq ki, cari ilin yanvarında Nikolas Maduro özünün istefasına dair referendumun 2017-ci ildən tez keçirilməyəcəyini bildirmişdi.